Sankt-Yakob Park stadionu | |
---|---|
Yeri | Bazel |
Açılış tarixi | 15 mart 2001 |
Sahibi | Bazel |
Tamaşaçı tutumu | 42 500 |
Ev sahibi komanda | Bazel |
Vikianbarda əlaqəli mediafayllar |
Sankt-Yakob Park stadionu – İsveçrədə, Bazel şəhərində stadion.
Bazel klubunun ev oyunlarını keçirdiyi "Sankt-Yakob Park" stadionu Avropada məşhur arenalardandır. Bazel şəhərində yerləşən və 42500 tamaşaçı tutumuna malik "Sankt-Yakob Park" UEFA-nın 4 ulduzlu stadionlarındandır. Komanda yarandığın ildə, yəni 1893-cü ildən ev oyunlarını burada keçirsə də, stadion 12 il öncə köhnə arena – "Yoqqeli"nin yerində tikilib.
Ölçüsü 68x105 m olan "Sankt-Yakob Park"da son Avropa çempionatının (AÇ) final mərhələsində 6 oyun keçirilib. Bunlardan ikisi qrup, ikisi 1/4, biri isə yarımfinal oyunu olub. Turnirin final mərhələsinin qarşılaşmaları üçün yenidənqurma işlərindən sonra 2001-ci ildə açılışı olan arenada bütün tribunaların üstü örtülüdür.
Bazel klubunun stadionu AÇ-nin final mərhələsinin tarixinə düşüb. Belə ki, təşkilatçılar meydanın ot örtüyünü elə turnirin gedişində dəyişməli oldu. Bu, iyunun 11-də Türkiyə yığmasının İsveçrə ilə görüşü zamanı baş verib. Güclü leysanın yararsız hala saldığı stadionun ot örtüyünü UEFA-ya 200 min avroya başa gəlib. Həmin görüşdə hesabda geridə olan türkiyəlilər əzmkar, vacib qələbə (2:1) qazana biliblər.
Sözügedən qitə birinciliyinin ən sürpriz nəticələrindən biri də məhz "Sankt-Yakob Park"da reallaşıb. Söhbət iyunun 21-də Rusiya və Niderland arasında keçirilmiş final oyunundan (3:1) gedir. Ruslar əlavə vaxtda vurduğu iki qolla, gözlənilməz qələbə qazanaraq, turnirin favoritlərindən birini mübarizədən kənarlaşdırıb. Bu, Rusiyanın dünya və Avropa çempionatının pley-off mərhələsində ilk qələbəsi kimi yadda qalıb. Ruslar yarımfinalında uduzmalarına baxmayaraq, məhz Bazel klubunun stadionundakı qalibiyyət sayəsində AÇ-nin bürünc medallarına yiyələniblər.
Tarix | Saat (CET) | Komanda | Nəticə | Komanda | Mərhələ | Tamaşaçı |
---|---|---|---|---|---|---|
7 iyun 2008 | İsveçrə | Çexiya | 39,730 | |||
11 iyun 2008 | İsveçrə | Türkiyə | 39,730 | |||
15 iyun 2008 | İsveçrə | Portuqaliya | 39,730 | |||
19 iyun 2008 | Portuqaliya | Almaniya | 39,374 | |||
21 iyun 2008 | Niderland | Rusiya | 38,374 | |||
25 iyun 2008 | Almaniya | Türkiyə | 39,374 |